Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı
Əfqan Əsgərovu müalicə edən, Rusiyadan dəvət olunan mütəxəssis Alim Hüseynov xəstənin qəbulu zamanı vəziyyətinin orta ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığı bildirilib.
Ölkəmizdə COVID-19 virusuna qarşı həyata keçirilən ciddi tədbirlərin nəticəsi Sumqayıtda da statistikaya müsbət təsir göstərib. Sağalanların sayı yoluxanların sayını üstələyib.
Məlumata görə, hazırda şəhərdə koronavirusa yoluxanların sayı əvvəlki nəticələrə nisbətdə 2-3 dəfə azalıb. Dərman təminatı ilə bağlı isə xəstəxanalarda heç bir problem mövcud deyil. Son iki ay ərzində xəstəxanalara 1477 pasiyent müraciət edib ki, onlardan 1077 nəfər artıq sağalaraq evə buraxılıb. (AzərTAc)
Azvision.az
Teqlər: Sumqayıt Koronavirus