Əsassız pensiyaların ləğvi nəticəsində 238 milyona qənaət edilib
Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub. Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.
Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində Fondun gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib. Bu ilin birinci yarımilində DSMF-nin fəaliyyətin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib.
Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.
Azvision.az
Teqlər: DSMF