Bəhram Bağırzadə evə buraxıldı - FOTOLAR (YENİLƏNİB)
Bildirilib ki, bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb.
Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayır.
***
Əməkdar artist Bəhram Bağırzadə bu gün xəstəxanadan evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Şəhla Bağırzadə bildirib.
Qeyd edək ki, xəstəxanadan çıxanda Bəhram Bağırzadəni Cabir İmanov və Tahir İmanov qarşılayıb.
Xatırladaq ki, Bəhram Bağırzadə bir müddət əvvəl koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Azvision.az
Teqlər: Bəhram-Bağırzadə Koronavirus