Bu il 6 uşaq övladlığa götürülüb
Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.
Bu dövrdə 6 uşaq övladlığa götürülüb, onlardan 2-si qız, 4-ü oğlandır. Uşaqlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.
Ötən dövrdə övladlığa götürülmüş 1410 uşaqla bağlı monitorinq, o cümlədən 1331 uşaqla bağlı distant (1057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyət, inkişaf səviyyəsi öyrənilib.
Azvision.az
Teqlər: Uşaq