Naxçıvanda dezinfeksiya işləri aparılıb - FOTOLAR

Naxçıvanda dezinfeksiya işləri aparılıb -    FOTOLAR
  28 İyul 2020    Oxunub:3046
Naxçıvan şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Səhərin erkən saatlarından etibarən Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb.
Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri Naxçıvan Beynəlxalq Hava Limanına gedən yolunu, Heydər Əliyev prospektini, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, Topçubaşov, İstiqlal, Nəsirəddin Tusi küçələrini, eləcə də Atabəylər, Əlincə, Babək məhəllələrini və digər ərazilər dezinfeksiya edilib.

Ümumilikdə, 2 milyon 400 min kvadratmetrdən çox ərazidə dezinfeksiya işləri aparılıb.









Azvision.az


Teqlər: Naxçıvan   Dezinfeksiya  





Xəbər lenti