Naxçıvanda qadınların sayı 73 faiz artıb

Naxçıvanda qadınların sayı 73 faiz artıb
  28 İyul 2020    Oxunub:4249
2020-ci il 1 yanvar tarixə olan məlumata əsasən, muxtar respublikada 97793 ailə vardır ki, bu da keçən illə müqayisədə 752 ailə və ya 0,77 faiz çoxdur. Bunlardan 1373-ü qaçqın və məcburi köçkün, 220-si şəhid ailəsidir.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitə sədri Ramilə Seyidova deyib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində 412 aztəminatlı ailə qeydə alınıb, bu da keçən illə müqayisədə 49 ailə və ya 10,63 faiz azdır:

"Muxtar respublikada yaşayan 583 uzunömürlü ailə haqqında məlumatlar yaradılan məlumat bazasına əlavə edilib. Muxtar respublikada 230 min 32 qadın yaşayır ki, bu da keçən illə müqayisədə 1678 nəfər və ya 73 faiz çoxdur".

Qeyd edilib ki, muxtar respublika əhalisinin 164 min 546 nəfərini, yəni 35,80 faizini uşaqlar təşkil edir. Bu, ötən illə müqayisədə 1265 uşaq və ya 0,77 faiz çoxdur. Bildirilib ki, cari ilin 6 ayı ərzində elektron məlumat bankına 5689 uşaq haqqında fərdi məlumatlar daxil edilib, ümumilikdə, elektron məlumat bankında 30086 uşaq haqqında məlumat işlənilib.

Azvision.az



Teqlər: Naxçıvan   Ailə   Uşaq   Komitə  





Xəbər lenti