Lerikə qanunsuz istirahətə gələnlər cərimələndi
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Azvision.az