Ağcabədi sakinindən silah-sursat götürüldü

Ağcabədi sakinindən silah-sursat götürüldü
  28 İyul 2020    Oxunub:3290
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlayan şəxsin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Şirinov saxlanılıb. H. Şirinovun yaşadığı ünvana baxış keçirilən zaman oradan müxtəlif adda odlu və soyuq silahlar, müxtəlif növ patronlar - xüsusi ilə istifadəyə yararlı 112 ədəd müxtəlif kalibrli avtomat patronları, eləcə də 300 qram qurdulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Ağcabədi   Sakin   Silah-sursat  





Xəbər lenti