“İnstagram”da narkotiki təbliğ edən şəxs saxlanıldı

“İnstagram”da narkotiki təbliğ edən şəxs saxlanıldı
  28 İyul 2020    Oxunub:3386
“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliq etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti