Goranboyda ağır qəza: Sürücü öldü

Goranboyda ağır qəza: Sürücü öldü
  29 İyul 2020    Oxunub:3236
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Səfikürd kənd sakini Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti