Lənkəranda karantini pozan çay evi aşkarlanıb
Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 6 nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Azvision.az