Keçmiş məhkumdan tapança və narkotik götürüldü

Keçmiş məhkumdan tapança və narkotik götürüldü
  31 İyul 2020    Oxunub:3361
Bakı şəhər sakinində narkotik vasitə və silah aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan A.Ağalarovdan 4 qram metamfetamin, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Azvision.az



Teqlər: DİN   Keçmiş-Məhkum  





Xəbər lenti