İstixanada narkotik becərən şəxs saxlanıldı

  31 İyul 2020    Oxunub : 2104
İstixanada narkotik becərən şəxs saxlanıldı
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əasasən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Türkan qəsəbəsi sakini Yavər Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Yavər Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN