Gəncədə çörək sexi yanıb

Gəncədə çörək sexi yanıb
  01 Avqust 2020    Oxunub:3605
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 250 m2 olan çörəkbişirmə sexinin tavanı 100 m2 sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik evin plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.

Sexin qalan hissəsi, bitişik ev və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Gəncə   Yanğın   FHN  





Xəbər lenti