Sumqayıtda dənizdə batanların meyiti tapıldı

Sumqayıtda dənizdə batanların meyiti tapıldı
  01 Avqust 2020    Oxunub:5337
30.07.2020-ci il tarixində Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

Qeyd edək ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN   Dəniz   Sumqayıt   Meyit  





Xəbər lenti