Sabunçu rayonunda yanğın olub

  01 Avqust 2020    Oxunub : 3897
Sabunçu rayonunda yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın