Göygöldə silsilə oğurluq edənlər ələ keçdi - FOTO
Ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən 2 mağazadan 1 503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar.
Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobilə gizli yolla qanunsuz daxil olaraq ordan 200 manat dəyərində musiqi avadanlığı da oğurladığı məlum olub.
Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN