Güclü külək əsib, çaylardan sel keçib - Faktiki hava
Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur məntəqələrindən sel keçib.
Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında Qum adasında 18 m/s , Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.
Azvision.az
Teqlər: Hava