Bakı polisi karantin rejimini pozanları cərimələdi
Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.
Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Azvision.az
Teqlər: Bakı-Polisi Karantin