Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, keçən gün ərzində yağışla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Xidmətdən Azvision.az -a bildirilib ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10, Lənkəran-Astara bölgəsi çaylarında 2-5, Qanıx çayında isə 12 santimetr artım müşahidə olunub.