Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatdı
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, avqustun 3-ü saat 19:00-a olan məlumata əsasən, Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Azvision.az