İİV-ə yoluxan narkotik istifadəçilərinin sayı açıqlandı
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olublar ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür.
Ümumiyyətlə qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olub.
Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.
Azvision.az
Teqlər: İİV