6 ayda 1661 nəfər narkotikə görə tutulub
Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.
Məsuliyyətə cəlb edilən 49 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olub. Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən 6 ay ərzində bu növ cinayətlərə görə həbs olunann sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilən məhkumların sayı 2740 nəfərdir.
Azvision.az
Teqlər: Narkotik