Narkotiklə bağlı törədilən cinayətlərin statistikası
Qeyd olunub ki, ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilən və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kq narkotik vasitələr müsadirə edilib. Qeydə alınan cinayətlərin 822-si isə əvvəllər cinayət törədən şəxslər tərəfindən törədilib və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülüb.
"Təhlil göstərir ki, ötən ilin 1-ci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilən cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilən narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilən şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 7 nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülən narkotiklərin çəkisi 400,4 kq çox olub"-deyə, məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Narkotik