Bu il 1794 narkoman qeydiyyata alınıb
Qeyd olunub ki, onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Azvision.az