Göyçayda narkotacir saxlanılıb
Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 ədəd çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq, maddi sübut kimi götürülüb. Saxlanılan şəxs çətənə kollarını mart ayında əkib-becərdiyini və qulluq göstərdiyini bildirib.
Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN