Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
Belə ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Fədail Quliyevin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilib.
Fədail Quliyevin yaxın günlərdə Azərbaycan Respublikasına ekstradisiyası həyata keçiriləcək.
Azvision.az
Teqlər: Gürcüstan Azərbaycan