Naxçıvanda yenə heç kimin kommunal borcu qalmadı
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin iyul ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Bildirilib ki, iyul ayında texniki itki nəzərə alınmaqla daxil olan 44 milyon 409 min 700 kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 721 min manat olmuş, cəmi 3 milyon 721 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Naxçıvan Elektrik Enerji