Su anbarında 2 nəfər köməksiz vəziyyətdə qaldı

  07 Avqust 2020    Oxunub : 1598
Su anbarında 2 nəfər köməksiz vəziyyətdə qaldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN