Ətraf mühiti çirkləndirən şəxs 3 min manat cərimələndi

  07 Avqust 2020    Oxunub : 2042
Ətraf mühiti çirkləndirən şəxs 3 min manat cərimələndi
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiyinə görə qəsəbə sakini cərimə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 6-da Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində keçirilmiş tədbir nəticəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə sakini Z. Yarışov barəsində protokol tərtib edilərək 3000 manat cərimə edilib.

Azvision.az

Teqlər: DİN