Həyətində narkotik becərən Xızı sakini tutuldu
Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı X.Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Azvision.az