Zaqatalada asfalt zavodunda xəsarət alma ilə bağlı cinayət işi başlanıb

  08 Avqust 2020    Oxunub : 3474
Zaqatalada asfalt zavodunda xəsarət alma ilə bağlı cinayət işi başlanıb
Avqustun 7-də Balakən rayon sakini Eldar Dərvişzadənin sağ bazunun travmatik amputasiyası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, Eldar Dərvişzadə 05.08.2020-ci il tarixdə işlədiyi Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən asfalt zavodunda xəsarət alıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: