Masallıda meşə ərazisində yanğın olub

  09 Avqust 2020    Oxunub : 2725
Masallıda meşə ərazisində yanğın olub
Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı 4 ha sahədə quru ot və ağac kötükləri yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın