Bakıda yenə tıxac yarandı, avtobuslar gecikir - FOTO
Qurum rəsmisi qeyd edib ki, sərnişindaşımalarının yalnız avtobuslarla həyata keçirildiyi indiki vaxtda bu kimi hallar ciddi çətinliklər yaradır:
"Bir marşrut xətti üzrə bir və ya bir neçə avtobusun intervalında yaranan gecikmə həm dayanacaqlarda, həm də digər xətlər üzrə avtobuslarda sıxlıqlara səbəb olur. Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyərli vətəndaşlarımız və sərnişinlərimizdir".
Azvision.az
Teqlər: Bakı Nəqliyyat Avtobus Tıxac