Polisin bıçaqlanmasına görə cinayət işi başlanıldı
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq Polis Cinayət







Vaxtında, Aydın, Lazımlı!


