Hərracda tələb 53,8 milyon dollar olub

Hərracda tələb 53,8 milyon dollar olub
  11 Avqust 2020    Oxunub:2621
Avqustun 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a bildirilib ki, hərracda tələb 53,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az


Teqlər: Dollar   Manat  





Xəbər lenti