Saatlıda ev yanıb

  14 Avqust 2020    Oxunub : 1478
Saatlıda ev yanıb
Saatlı rayonunun Bəylər kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın