Test tapşırıqlarının düzgün cavabları açıqlandı

Test tapşırıqlarının düzgün cavabları açıqlandı
  15 Avqust 2020    Oxunub:2350
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 14-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri):

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu (Azərbaycan bölməsi);

III ixtisas qrupu (rus bölməsi).

Əlavə olaraq qeyd edək ki, 13 avqust 2020-ci il tarixində Il ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında A variantındakı 55, B, C və D variantlarındakı 56 nömrəli açıq tipli test tapşırığının texniki yanlışlıqla 2, 3,4, 5 olaraq elan edilən etalon cavabı 2, 4, 5 olaraq düzəldilib.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti