Qadının döyülməsi xəbəri yalan çıxdı

Qadının döyülməsi xəbəri yalan çıxdı
  15 Avqust 2020    Oxunub:3274
Sosial şəbəkələrdə Nizami rayonu ərazisində, Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, hər hansı cinayət xarakterli hadisə qeydə alınmayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Azvision.az



Teqlər: Bakı   Polis  





Xəbər lenti