Bakıda 8 evdən 48 minlik oğurluq edilib

Bakıda 8 evdən 48 minlik oğurluq edilib
  15 Avqust 2020    Oxunub:3049
Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.

Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15 850 manat, 10 000 ABŞ dolları və 15 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti