Sumqayıtda avtobus “Mercedes”lə toqquşub - Ölən var

Sumqayıtda avtobus “Mercedes”lə toqquşub -    Ölən var
  15 Avqust 2020    Oxunub:4631
Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Maşın   Avtobus  





Xəbər lenti