Meşəyə ziyan vuran şəxsin işi prokurorluğa göndərilib
“Araşdırma zamanı sexdə qanunsuz yolla əldə olunmuş işlik meşə materialı, yeşik taxtası, kömür tədarükü məqsədilə hazırlanmış odun və kömür kisələri aşkar edilib. Meşə fonduna 7452,65 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu Yasər Baxışov barəsində akt tərtib edilib”, - deyə Xidmətin rəis müavini vurğulayıb.
R. Bağırov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Quba rayon Prokurorluğuna göndərilib.
Azvision.az
Teqlər: ETSN