Binəqədidəki yanğın söndürülüb - YENİLƏNİB

Binəqədidəki yanğın söndürülüb -  YENİLƏNİB
  19 Avqust 2020    Oxunub:4946
Bakıda baş verən yanğın söndürülüb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 500 m² sahədə qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti