“Kia” “KamAZ”la toqquşub, ölən və yaralılar var

“Kia” “KamAZ”la toqquşub,    ölən və yaralılar var
  21 Avqust 2020    Oxunub:2860
Qobustan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə avqustun 20-də saat 14 radələrindəqeydə alınıb.

Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti