Məhkumda narkotik aşkarlandı

Məhkumda narkotik aşkarlandı
  11 Sentyabr 2020    Oxunub:2223
Ədliyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Azvision.az -a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan mərum edilən məhkum İbrahimov Mətləb Namiq oğlu təcridxanaya qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində olan kibrit qutusunun içərisində ümumi çəkisi 0,133 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Ədliyyə   Məhkum  





Xəbər lenti