Dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin qrafiki açıqlandı

Dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin qrafiki açıqlandı
  23 Sentyabr 2020    Oxunub:1588
5 avqust 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə və ümumi müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1360 namizədlə 5177 müsahibənin keçirilməsi planlaşdırılır.

Elan üzrə 47 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 431 (B növü üzrə 267 vakant vəzifə üzrə 379 yer, A növü üzrə 31 vakant vəzifə üzrə 31 yer və ümumi müsahibədə 21 vakant vəzifə üzrə 21 yer ) vakant vəzifə müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1360 namizədlə 5177 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, İnkişaf lahiyələri sektoru, məsləhətçi (1 vakant yer üzrə 234 namizəd), Bakı şəhəri üzrə Təhsil İdarəsi, İnkişaf lahiyələri sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 226 namizəd), Bakı şəhəri üzrə Təhsil İdarəsi, İctimaiyyətlə əlaqələr sektoru, məsləhətçi (1 vakant yer üzrə 222 namizəd), Dövlət Statistika Komitəsi, Bakı şəhəri Statistika İdarəsi, Sosial statistika sektoru, məsləhətçi (1 vakant yer üzrə 218 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 1 oktyabr 2020-ci il – 29 yanvar 2021-ci il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunub.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti