Komendant saatı ilə bağlı əhaliyə xəbərdarlıq

 Komendant saatı ilə bağlı əhaliyə xəbərdarlıq
  04 Oktyabr 2020    Oxunub:4956
Komendant saatı ilə əlaqədar olaraq Bakıda Post Patrul Xidməti əhaliyə müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz həmvətənlər, hərbi vəziyyət rejimi ilə əlaqədar saat 21:00-dan sonra yaşayış yerlərinizi tərk etməməyiniz tələb olunur. Əks halda, qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb ediləcəksiniz. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik göstərib dövlət orqanlarına dəstək olun”.

Azvision.az


Teqlər: Polis   Komendant  





Xəbər lenti