"Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi" - Eldar Əzizov

   "Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi" -    Eldar Əzizov
  15 Oktyabr 2020    Oxunub:1902
“Yüz ildən də çox dövrü əhatə edən Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt torpaqların geri qaytarılması ilə nəticələnməyib".
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında bildirib.

İcra başçısı qeyd edib ki, ən yeni dövrümüzdə müstəqil Azərbaycanın 20 % torpaqları işğal olunub.

"Məhz bu gün, ilk dəfə olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb və bu proses davam edir. Bu bizi öz gözümüzdə ucaldan tarixi nailiyyətdir. Tarixdə şəxsiyyət faktoru bir daha öz təsdiqini tapır. Prezident ən qısa müddətdə nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək bu uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident!”

Azvision.az


Teqlər: Eldar-Əzizov   İcra-başçısı  





Xəbər lenti