Ərdoğan və Ruhani Qarabağı müzakirə edib

 Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
  23 Oktyabr 2020    Oxunub:2774
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, terrorla mübarizənin artırılması, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və Suriya problemi başda olmaqla aktual məsələləri müzakirə ediblər.

Azərbaycan torpaqlarının işğalı və təxribatları ilə qarşıdurmanı başladan Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi hücumların müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edən bir nöqtədə durmağın vacibliyini ifadə edib.

Azvision.az


Teqlər: Ərdoğan   Ruhani   Qarabağ  





Xəbər lenti