Saytın qonağı | İnam Kərimov: `ASAN-ın ərazi aidiyyatı aradan qalxacaq` – VİDEO

Saytın qonağı | İnam Kərimov: `ASAN-ın ərazi aidiyyatı aradan qalxacaq` – VİDEO
  05 Fevral 2014    Oxunub:6958
“ASAN xidmət”in rəhbəri İnam Kərimov AzVision.az oxucularının ona ünvaladıqları sualları cavablandırır.
Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

Emin:
- Sizin xidmətdə təzə mənzilə kupça almaq olacaqmı?

Nilay Əfəndiyeva, hüquqşünas:
- Əhali prezidentə müraciət edərsə, evlərə kupçaların çıxarılması məsələsini ASAN xidmətə verilməsinə imkan yaradıla bilərmi?

Aydın:
- Mən bağlar idarəsindən torpaq almışam. Yaxşı olardı ki, bütün torpaq, ev çıxarışlarını sizin səlahiyyətinizə verərdilər. Bizlərin də işi çox asan olardı. Xarici pasport aldığımız kimi, əmlak, torpaq sənədlərini də Azərbaycan brendi olan ASAN xidmətdən alardıq. Rüsumu nədir bilərdik, gedib-gəlmədən sənədlərimizi çox rahat alardıq.

Cavid Cəbrayilov:
- Nardaranda bağ evinə torpaq sənədi almişam, amma evin sənədini ala bilmirəm. Olmazdımı bağ evlərinin sənədlərini ASAN versin? Bağlar idarəsi ləğv olunub, əziyyət çəkirik. Ev sənədi alaq, əmlak vergisi verək.




- ASAN xidmət dövlət orqanı tərəfindən 25 sahə üzrə xidmət göstərilir. Daha 22 sahə üzrə fünksional yardımçı xidmətlər göstərilir. Daşınmaz əmlakla bağlı xidmətlər Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Və iki sahə üzrə daşınmaz əmlakla bağlı xidmətlər vətəndaşlara təqdim edilir. Birincisi təkrar bazarda yalnız mənzillər üzrə təkrar çıxarışın - ictimaiyyətdə “kupça” kimi tanınan sənədin verilməsidir. O cümlədən, daşınmaz əmlakla bağlı “yüklülük” barədə sənədlərin verilməsi - bu da ictimaiyyət arasında “forma 1” kimi tanınır. Yəni Daşınmaz Əmlakla bağlı hazırda bu xidmətlər əmlak məslələri dövlət komitəsi tərfindən ASAN xidmət mərkəzlərində vətəndaşlara təqdim edilir.
Xidmətlərin əhatə dairəsi Azərbaycan Respublikası prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir. Əgər gələcəkdə xidmətlərin sahəsi genişləndirilərsə, ASAN xidmət mərkəzlərində də həmçinin bu xidmətlər yüksək və şəffaf şəkildə həyata keçiriləcək.


Cəfər:
- Salam! Hansı rayonlarda yeni ASAN mərkəzlərinin açılması planlaşdırılır?




- Nazirlər Kabinetinin 2013- cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2014- cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən, bu il əlavə 4-5 ASAN xidmət mərkəzinin açılması nəzərdə tutulur. Bu, əlbəttə ki, həm sosial-iqtisadi inkişaf baxımından, həm də demoqrafik baxımdan əhəmiyyət kəsb edən regionlarımızda təşkil ediləcək. Və bu ASAN xidmət mərkəzləri də açıldıqdan sonra da artıq demək olar ki, ASAN xidmət mərkəzlərinin şəbəkəsi tam formalaşacaq. Vətəndaşlarımız istədikləri ASAN xidmət mərkəzinə müraciət edə biləcəklər.


Qərib Əhmədov:
- Salam, İnam müəllim. Men Ağdam rayon sakiniyəm, lakin Bakıda məskunlaşmışam, xarici pasportu ASAN xidmətdən ala bilərəm?




- Əgər məcburi köçkün ASAN xidmət mərkəzinin əhatə dairəsinə aid olan rayonlardan birində müvəqqəti qeydiyyatdadırsa, həmin şəxs ASAN xidmət mərkəzinə müraciət edə bilər. Və təkcə xarici pasportun alınması deyil, digər xidmətlərdən də istifadə edə bilər.

Qəlbinur Biləsuvarlı:
- Avtobioqrafiyadan aydın görünür ki, İnam müəllim az yaşı olmasına baxmayaraq, zəngin, mütəşəkkil və sağlam təcrübəyə yiyələnib. Necə deyərlər, ASAN xidmət etibarlı əllərdədir. İnam müəllim, bu necə olur ki, ASAN xidmətdə əlavə xidmət haqqı ödənilir? (Bankda) Həmçinin müxtəlif surət çıxarmalara niyə əlavə pul ödənməlidir ki, əgər vahid şəkildə qabaqcadan xidmət haqqı ödənilirsə?





- ASAN xidmət mərkəzlərində xidmətlər aidiyyatlı dövlət qrumu tərəfindən göstərilir. ASAN xidmət mərkəzlərində 9 dövlət orqanı öz xidmətlərini göstərir. Və bu xidmətlərə görə ASAN xidmət mərkəzləri tərəfindən əlavə heç bir rüsumu və ya xidmət haqqı tutulmur. Yalnız qanunvericilkdə müəyyən edilən dövlət rüsumu və xidmət haqlarıdır - necə ki, həmin dövlət orqanı təkcə ASAN Xidmət mərkəzində həmin xidmətləri vətəndaşlara göstərmir və əvvəl mövcud olan sistemlə, yəni ənənəvi xidmət vasitələrindən, xidmət köşklərindən istifadə edərək vətəndaşlarımıza bu xidmətlər göstərirlər. ASAN xidmət alternativ xidmət vasitəsidir. Yəni heç bir fərqi yoxdur, həmin dövlət qrumu ASAN xidmətdə vətəndaşlara xidmət göstərir, yaxud , ASAN Xidmətdən xaricdə. Xidmət haqları və rüsumlar bütün şəbəkələrdə eynidir. ASAN xidmət mərkəzlərində vətəndaşlardan əlavə xidmət haqqı və ya dövlət rüsumu alınmır.


Samir:
- DYP-yə cərimələrin ödənilməsi ASAN Xidmət vasitəsilə gerçəkləşə bilərmi? Bu, hamı üçün son dərəcə rahat olardı...




- Əlbəttə ki, dövlət yol polisi tərəfindən müəyyənləşən cərimələrin ödənilməsi, həmçinin ASAN xidmət mərkəzlərində də həyata keçirilir. Vətəndaşlarımız bu cərimələri Bakıda, Sumqayıtda və Gəncədəki ASAN xidmət mərkəzlərində ödəyə bilərlər.


Oktay:
- Avtomobili oz adına keçirmək proseduru yaxın gələcəkdə ASAN Xidmətdə olacaqmı?Bu prosedur DYP- də cox uzun və baha başa gəlir...




- Avtomobillərlə əlaqədar bildirmək istəyirəm ki, bu fəaliyyət - avtomobillərin özəlləşdirilməsi notariuslar vasitəsilə həyata keçirilir. Və hazırda bu fəaliyyətin həyata keçirilməsi üçün DYP –dən müəyyən sənədlərin təqdim edilməsi tələb olunur. Bu da ki, prosesin həyata keçirilməsi üçün əlavə vaxt və sənədlərin təqdim edilməsini zəruri edir. Hesab edirəm ki, gələcəkdə prosedur sadələşdirilə bilər. Və bu əməliyyat ASAN xidmət mərkəzlərində notariuslar tərəfindən daha asan formada həyata keçirilə bilər.


Əşrəf:
- Salam. Məni ASAN Xidmət mərkəzlərində işləyən əməkdaşların maaşı maraqlandırır. Nə qədər əmək haqqı verilir?




- ASAN xidmət mərkəzinin əməkdaşları 7-ci kateqoriya aid dövlət qulluqçularıdır. Bu kateqoriyaya aid olan bütün dövlət qulluqçularının əmək haqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə müəyyən edilib. Və digər dövlət orqanlarında olduğu kimi, ASAN xidmət mərkəzlərində də eyni əmək haqlarını alırlar. Sadəcə, bir məlumatı nəzərinizə çatdırım ki, ASAN xidmət mərkəzlərində toplanan dövlət rüsumlarının 30 % -i ASAN xidmət mərkəzlərində qalır və əməkdaşlarımızın əmək haqlarına əlavə kimi onlara bonus formasında verilir.


Emin:
- Hörmətli İnam müəllim, ASAN Xidmətdə istər dövlət qulluğu vəzifələrində, istərsə də qeyri- dövlət qulluğu hesab olunan təsnifatlar üzrə işə qəbul olunmaq arzusundayam. Bakı şəhərindəki yaxın zamanlarda açılması nəzərdə tutulan Sabunçu va digər rayonları əhatə edən xidmət mərkəzində işə qəbulla bağlı vakansiyalar mövcud olacaqmı?




- ASAN xidmət mərkəzləri, o cümlədən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları dövlət qulluqçusu kateqoriyasına aiddir və inzibati vəzifələrə əməkdaşlar dövlət qulluğuna imtahan vasitəsi ilə cəlb olunur. Həmçinin yardımçı vəzifələr də var. Hazırda inzibati vəzifə tutan əməkdaşlar Dövlət Qulluğu Komissiyasının təşkil etdiyi imatahanlardan keçiblər. Yardımçı vəzifələrdə isə mərkəzlərimizdə fəlaiyyət göstərən könüllülərə üstünlük verilir.


Timur:
- Salam. Sabunçuda nə vaxt ASAN xidmət istifadəyə veriləcək?




- Bakı şəhərində 3 ASAN Xidmət fəaliyyət göstərir. Bunlardan 1 saylı ASAN Xidmət mərkəzi Bakı Şəhərinin 3 rayonuna xidmət edir: Nərimanov, Nəsimi və Binəqədi rayonlarına. Xətai ASAN xidmət mərkəzi həmçinin Bakının 3 rayonuna - Xətai, Nizami , Suraxanı rayonlarına xidmət edir. Ötən ilin sentyabr ayında fəaliyyətə başlayan Yasamaldakı ASAN Xidmət mərkəzi Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət edir.
Bakı şəhərinin əhatə edilməmiş rayonları Xəzər, Sabunçu və Pirallahı rayonlarıdır. Və Sabunçuda ASAN Xidmət fəaliyyətə başladıqdan sonra bütün Bakı şəhərinin ərazisi ASAN mərkəzlərinin xidmətlərindən istifadə edəcək. Bu ilin mart ayı ərzində sayca 4-cü ASAN xdimət mərkəzinin açılması nəzərdə tutulur. Bu mərkəz fəaliyyətə başladıqdan sonra Bakı şəhəri üzrə ASAN xidmət mərkəzlərinin ərazi aidiyyatı şərti aradan qaldırılacaq.

Şahanə RƏHİMLİ

(Ardı BURADA)


Teqlər:  





Xəbər lenti